RU

Bakıda satılan bu qidalar asılılıq yaradır AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Çin duzu” kimi tanınan maddənin ən dadsız qidalara səpilərək onların dadını dəyişdirmək məqsədilə istifadə olunması son dövrlərdə trendə çevrilib. Sürətlə yayılan bu üsul həm maraq, həm də mübahisə doğurur, çünki insanlar bu cür əlavələrin sağlamlığa təsiri ilə bağlı fərqli mövqelər səsləndirirlər. Bu maddə hansı qidalarda istifadə olunur ?Məsələ ilə bağlı qida mühəndisi, nutrisoloq Fərid Səfərov Demokrat.az-a bildirib ki, Monosodium glutamate (MSG) qida sənayesində dad gücləndirici kimi istifadə olunur və yeməyə “umami” adlanan beşinci dadı verir:"Ətvari və doyurucu dad hissi yaradır. Bu maddə hazır noodle və şorbalarda, çipslərdə, krakerlərdə və digər snacklərdə, fast food məhsullarında, o cümlədən toyuq və burger souslarında, kolbasa və sosiska kimi emal olunmuş ətlərdə, hazır souslarda və ədviyyat qarışıqlarında, həmçinin restoran yeməklərində, xüsusilə Asiya mətbəxində istifadə olunur. Bəzi insanlarda bu maddəyə qarşı həssaslıq müşahidə oluna bilər, bu hal "Chinese Restaurant Syndrome" adlanır və baş ağrısı, ürəkbulanma, tərləmə və ürək döyüntüsünün artması ilə özünü göstərir".Ekspert deyib ki, bu hal əsasən çox yüksək miqdarda qəbul zamanı ortaya çıxır:"MSG birbaşa zəhərli olmasa da, iştahanı artırır və dadsız qidanı daha dadlı göstərir, nəticədə həddindən artıq yeməyə səbəb olur. Bu isə çəki artımı, metabolik problemlər və qeyri sağlam qidalanma vərdişləri yaradır. Sosial mediada yayılan trendin əsas problemi MSG-nin özü deyil, onun istifadə formasıdır. İnsanlar onu duz kimi çox miqdarda istifadə edir və demək olar ki, hər cür qidaya əlavə edirlər,ş. Bu isə dad reseptorlarını aldadır və təbii dad hissini zəiflədir, nəticədə uzun müddətdə adi qidalar dadsız gəlir, daha güclü dad axtarışı yaranır və bu da asılılığa bənzər davranış formalaşdırır. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
demokrat.az

1Источники