"Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA nümayəndələrinə şikayət ünvanlayıb.
QOL.az xəbər verir ki, mütəxəssis Çempionlar Liqasının 1/4 finalının cavab oyunundan öncə "Atletiko"nun stadionundakı meydançanın vəziyyətindən şikayətlənib.
"Mundo Deportivo" nəşrinin məlumatına görə, almaniyalı çalışdırıcı ot örtüyünün hündürlüyündən narazı qalıb və bu məsələni UEFA nümayəndələrinin diqqətinə çatdırıb.
Qeyd edək ki, ilk oyunda "Atletiko" 2:0 hesabı ilə qalib gəlib. Cavab matçı isə aprelin 14-də baş tutacaq.