RU

Süni intellektin gözü ilə Azərbaycan: Şəhər və rayonlarımız “insan” olsaydı necə görünərdi?

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Şəhərlər təkcə küçələrdən, memarlıq strukturlarından və dağlardan ibarət deyil. Onların yüzillərlə formalaşmış bir xarakteri, bir ruhu var. Bəs yaşadığınız şəhərin ruhu ətə-qana gəlsəydi, sizə necə baxardı?

Sherg.az Azərbaycanın şəhər və rayonlarını - tarixindən memarlığına, coğrafiyasından mədəni toxumasına qədər bütün detalları ilə birləşdirdi və süni intellekt vasitəsilə realistik insan portretlərinə çevirdi. Öz doğma şəhərinizin gözlərinin içinə baxmağa hazırsınız?

Bu layihədə şəhərləri təkcə coğrafi məkan kimi deyil, yaşayan və nəfəs alan fərdlər kimi təsəvvür etdik. Süni intellektlə hazırladığımız hər bir portret; həmin vilayətin simvollarını, rənglərini və memarlıq irsini sadəcə dekor kimi deyil, xarakterin ruhu ilə birləşmiş hissə kimi daşıyır. Yerli xüsusiyyətlər personajların geyimlərinə incə şəkildə işlənib, şəhərlərin siluetləri və təbii gözəllikləri isə bu sinematik portretlərin təbii davamına çevrilib.

İndi öz doğma şəhərinizin, böyüdüyünüz küçələrin və ya aşiq olduğunuz coğrafiyanın gözlərinin içinə baxma vaxtıdır!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
sherg.az

1Источники