RU

Media: ABŞ danışıqlar zamanı İrandan uranın zənginləşdirilməsini 20 il dayandırmağı istəyib

Bakı, 14 aprel, AZƏRTAC

ABŞ İslamabadda keçirilən danışıqlarda İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiq etməyi təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə əsasən, Tehran buna cavab olaraq zənginləşdirmənin 10 ildən az müddətə dayandırılmasını nəzərdə tutan əks təklif irəli sürüb.

Qeyd edək ki, aprelin 11-də ABŞ və İran Pakistanın paytaxtında bir neçə raund danışıqlar aparsalar da, fikir ayrılıqları səbəbindən yekun razılıq əldə olunmayıb.

Избранный
39
4
azertag.az

5Источники