RU

Robot insan sürətinə yaxınlaşır - Video

Çində hazırlanmış yeni nəsil humanoid robotlar artıq insan sürətinə yaxın nəticələr göstərir.

Musavat.com xəbər verir ki, Unitree Robotics tərəfindən hazırlanan insansı robot H1 sınaqlar zamanı saniyədə 10,1 metr sürətə çataraq diqqət mərkəzinə düşüb. 

Bu göstərici atletika tarixinin ən sürətli qaçışçısı sayılan Usain Boltun nəticələrinə kifayət qədər yaxın hesab olunur. Məlumdur ki, Bolt 100 metr məsafəni rekord 9,58 saniyəyə qət edib.

Şirkət nümayəndələri bildirir ki, texnologiyanın inkişafı bu templə davam edərsə, yaxın illərdə humanoid robotların 100 metr məsafəni 10 saniyədən daha az vaxtda qət etməsi real görünür.

 

Musavat.com

Избранный
55
musavat.com

1Источники