RU

Əraqçi və Lavrov telefonla danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 13-də rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı onu aprelin 11-də Pakistanın paytaxtı İslamabadda keçirilmiş İran-ABŞ danışıqlarının detalları barədə məlumatlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsi məlumat yayıb.

Lavrov silahlı qarşıdurmanın yenidən başlamasının qarşısının alınmasının əhəmiyyətini vurğulayıb. O, güc yolu ilə həll edilə bilməyən böhranın nizamlanmasına Rusiya tərəfinin kömək etməyə hər zaman hazır olduğunu bir daha bəyan edib.

Избранный
15
1
publika.az

2Источники