RU

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-da saxlanılıb və...“YAŞIL KART”ı LƏĞV EDİLİB

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu İsa Haşemini saxlayaraq onun “yaşıl kart”ını ləğv edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin bəyanatında belə deyilir.

 

Məlumata görə, Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Bildirilir ki, hər üçü ABŞ-a 2014-cü ildə gəlib və onlar 2016-cı ildə “yaşıl kart” əldə ediblər.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin də “yaşıl kart”larını ləğv etmişdi.

Избранный
6
7
senzor.az

8Источники