RU

“Toyota Motor” süni intellektlə təchiz olunmuş “CUE7” basketbolçu robotunu təqdim edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

“Toyota Motor” üç il əvvəl ilk dəfə nümayiş etdirilən CUE7 basketbolçu robotunun yeni nəslini təqdim edib.

Bu barədə AZƏRTAC “Nikkei Asia” portalına istinadla xəbər verir.

Boyu 219 sm olan robot hərəkət üçün ikitəkərli platforma və basketbol topunu tutmağa və dəqiq istiqamətləndirməyə imkan verən tutacaqlarla təchiz olunmuş manipulyatorlarla təmin edilib. Açıq nümayiş Tokyo şəhərində basketbol oyunu zamanı baş tutub və CUE7 səbətə uğurla atış edib.

Yeni modelin əsas texnoloji fərqi gücləndirilmiş öyrənmə metodlarının tətbiqi olub, belə ki, robot atış texnikasını və topla qarşılıqlı fəaliyyəti süni intellekt alqoritmləri vasitəsilə mənimsəyib. Əvvəlki nəsillərdə isə əsasən proqnozlaşdırıcı idarəetməyə əsaslanan proqram modellərindən istifadə olunurdu.

Mühəndislər qurğunun konstruksiyasını da yenidən işləyib hazırlayıblar. Belə ki, dördtəkərli ötürmədən imtina edilərək iki təkərli platformaya keçid mobilliyin artmasına imkan verib, birləşmələrin sayının optimallaşdırılması isə kütləni təxminən 40 faiz azaldaraq 74 kiloqrama endirib. “Toyota”nın bildirdiyinə görə, CUE7 müasir süni intellekt yanaşmalarının tətbiqinə üstünlük verilməklə faktiki olaraq yenidən layihələndirilib.

Robot lidar, sensorlar kompleksi və baş hissəsində yerləşən stereoskopik kamera ilə təchiz olunub. Qidalanma isə “Toyota”nın yarış texnologiyalarından götürülmüş batareyalar hesabına təmin olunur.

“CUE” layihəsi 2017-ci ildən inkişaf etdirilir. “CUE3” modeli 2019-cu ildə ardıcıl uğurlu atışların sayına görə rekord müəyyən edib (2020 dəqiq atış), “CUE6” isə 2024-cü ildə dəqiq atış məsafəsinə görə rekord göstərib (24,55 metr).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
azertag.az

2Источники