RU

Axşamdan qalan makaronu atmayın: Faydasını biləndə təəccüblənəcəksiniz

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Soyumuş və "dünəndən qalmış" makaronların tərkibində orqanizm üçün faydalı olan xüsusi nişasta növü yaranır. Dietoloq Samanta Piterson bildirib ki, makaron soyuduqda onun tərkibində rezistent nişasta formalaşır.Adi nişastadan fərqli olaraq, bu növ nazik bağırsaqda çətin həzm olunur və birbaşa yoğun bağırsağa ötürülür. Orada isə faydalı bakteriyalar üçün prebiotik rolunu oynayaraq bağırsaq florasını qidalandırır.Ekspertin sözlərinə görə, bu cür nişasta mədə-bağırsaq traktının işini yaxşılaşdırır və qandakı şəkərin səviyyəsini sabitləşdirməyə kömək edir. Karbohidratların daha yavaş mənimsənilməsi sayəsində yeməkdən sonra qlükozanın qəfil yüksəlməsi baş vermir. Bu məqam xüsusilə maddələr mübadiləsinin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.Bundan əlavə, rezistent nişasta insulinin həssaslığını dəstəkləyir və insanı daha uzun müddət tox saxlayır. Bu xüsusiyyətlər iştahı idarə etməyə və gün ərzində enerji səviyyəsini sabit saxlamağa imkan verir.Dietoloq vurğulayır ki, soyuq karbohidratlı məhsullar tamamilə "kalorisiz" olmasa da, zülallar və sağlam yağlarla birləşdikdə metabolizm üçün daha xeyirlidir.Qeyd edək ki, bəzi məhsulların tərkibində belə nişasta təbii şəkildə mövcuddur. Bu qrupa yaşıl bananlar, qarğıdalı və paxlalı bitkilər daxildir. Makaronu isə bişirdikdən sonra soyudub yenidən qızdırdıqda belə, onun faydalı xüsusiyyətləri qorunub saxlanılır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники