RU

ABŞ İran danışıqlarının yeni mərhələsi ya İslamabadda, ya da Cenevrədə keçirilə bilər

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-İran danışıqlarının növbəti mərhələsi ya Cenevrədə ya da İslamabadda keçirilə bilər.

Bu barədə “Associated Press” (AP) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Pakistanın paytaxtında növbəti görüşün keçirilməsi imkanlarını müzakirə edirlər.

Lakin ABŞ administrasiyasının rəsmiləri danışıqların yeni mərhələsi üçün mümkün məkan kimi Cenevrəni göstərirlər.

Qeyd olunur ki, İran və ABŞ nümayəndələri arasında görüşün vaxtı və yeri hələ müəyyən edilməyib, lakin danışıqların yeni mərhələsinin 16 apreldə baş tutması mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
8
apa.az

8Источники