
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla aprelin 14-ü saat 03:03-də qeydə alınıb.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.
Xəzər dənizində ikinci zəlzələ 3.1 maqnituda təşkil edib.