ABŞ və İran arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı ümidlərin artması fonunda dünya bazarlarında neftin qiyməti aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Asiya sessiyasının əvvəlində qlobal etalon sayılan “Brent” markalı xam neftin qiyməti 2,2 faiz azalaraq bir barel üçün 97,20 dollara enib. ABŞ-da ticarət edilən WTI markalı neft də eyni həcmdə ucuzlaşaraq təxminən 96,90 dollar olub.
Eyni zamanda, Asiya fond bazarlarında artım qeydə alınıb. Yaponiyanın "Nikkei" 225 indeksi 2,4 faiz, Cənubi Koreyanın "Kospi" indeksi isə 3 faizdən çox yüksəlib.