Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Moderator.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.
Qarşılaşma "Andorra la Vella" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.