RU

TƏBİB in Çağrı Mərkəzinə son üç ayda 36 minə yaxın zəng daxil olub

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

TƏBİB-in "815" Çağrı Mərkəzinə bu ilin I rübü ərzində ümumilikdə 35 814 zəng daxil olub.

Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 35 350-si müvafiq olaraq dərhal cavablandırılıb, 464 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 162 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 153-ü ilə bağlı məsələ həll edilib, 149-u isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
6
sia.az

10Источники