RU

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 5.85 ABŞ dolları və ya 4.88% artaraq 125.83 dollara yüksəlib.


Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin iyun fyuçersləri 132.74 dollar olub.


Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir bareli 6.18 dollar və ya 5.38% bahalaşaraq 114.84 dollara çatıb.


Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 dollardan götürülüb.
“Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15.81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149.66 dollar səviyyəsində qeydə alınıb.


Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə saziş çərçivəsində hasil olunur. Həmin müqavilədə SOCAR-ın payı 31.65%-dir.

Избранный
4
1
anews.az

2Источники