RU

Yarasız ot örtüyü, oturacaqlar

Sınıq-salxaq oturacaqlar... Yarasız hala düşən ot örtüyü... İstifadəyə yararsız stadion...

VAXT.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Suraxanı rayonu Əmircan qəsəbəsi Sumbat Fətəlizadə küçəsindəki meydançadan gedir. Burada yaşayanlar illərdir həyətlərində baxımsız vəziyyətdə olan uşaq stadionundan şikayətçidirlər.

Sakinlər bildirirlər ki, xoşagəlməz vəziyyətlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticəsiz qalıb.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, problemi yerində araşdırıb aidiyyəti üzrə müraciət edəcəklər.

VAXT.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
29
vaxt.az

1Источники