RU

"Xəstələrin yorğanı başına tam çəkməsinə ona görə icazə vermirdik ki..." - Psixiatriya Xəstəxanasında keçən illərim

Dəlixanada axşamdır,
Dəli Qabil yer süpürür.

Vaqif Səmədoğlu

İnsan hər yerdə insandır
Ölməyibsə ömür sürür...


Məni psixiatrik şöbənin iş rejimi ilə tanış etdilər. Posta əyləşərək içəriyə nəzarət edəcəkdim, vaxtaşırı palataların qapısından içəri girərərək hamının öz çarpayısında olduğuna əmin olacaq, dalaşmadıqlarını, palatada siqaret çəkib, çəkmədiklərini yoxlayacaq, yorğanı tamamən başlarına çəkməyə icazə verməyəcəkdim. Tualetə gedib orada uzun müddət qalıbsa, arxasınca gedib yoxlaycaq və yenidən öz yatağına dönməsini xahiş edəcəkdim. Bütün bunlardan qabaq isə təxminən saat altı radələrində yemək paylanır, 1 saat sonra isə dərman qəbulu saatı elan olunurdu. Dərman paylanma mərhələsi biz işçilərin ən diqqətli olduğumuz saatlar idi, çünki bir çox xəstə özünü xəstə hesab etmədiyi üçün dərmanları ağzında gizlədərək sonra tüpürür və bu yolla müalicədən yayınırdı. Bir qrup pasiyent isə bəzi dərmanları fərqli formada gizlədərək 5-7 gün yığıb, hamısını bir yerdə fərqli diaqnozlu pasiyentlərlə siqaretlə dəyişirdilər. Hər pasieynt üçün səhər, günorta, axşamqəbul edəcəyi tabletlərin yığıldığı 3 yerə bölünübtikilmiş və üzərinə adı yazılmış bərk sellofon torbalar var idi. Bütün xəstələr sıraya düzülür,əlifba sırası adları çəkilir və adını eşidən hər pasiyent yaxınlaşaraq ona təyin olunan dərmanı qəbul edirdi. Həbi qəbul etdikdən sonra su içən xəstəni başqa bir sanitar ağzını yoxlayaraq qəbul etdiyinə, ağzında gizlətmədiyinə əmin olduqdan sonra yatması üçün öz palatasına göndərirdik. Həmin vaxtlar kişi şöbələrində 80-100 xəstənin olduğunu nəzərə alsaq, bu proses təxminən 1 saat davam edirdi. Bundan sonra “dəlixanaya” axşamın düşməsi ilə yuxarıda qeyd etdiyim vəzifələrim başlayırdı.Xəstələrin yorğanı başına tam çəkməsinə ona görə icazə vermirdik ki, “ölməyibsə,ömür sürdüyündən”xəbərimiz olsun....

Sıraya düzüb sayırlar
Sanitarlar bizi səhər.
Dünyanı gəzə billik,
Qapıdan hasara qədər.

Burda gərək yaşayasan,
Hər gün şükür deyə-deyə
Səhər kələm, gündüz kələm
Axşam kələm yeyə-yeyə...

Избранный
14
kulis.az

1Источники