RU

UEFA bu şirkətlə anlaşdı: ÇL-in toplarını onlar hazırlayacaq

"Nike" UEFA ilə avrokubok turnirləri üçün topların təchizatı ilə bağlı 40 milyon avro dəyərində müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ şirkəti bu sahə üzrə əsas rəqibi "Adidas"ı əvəz edərək UEFA Çempionlar Liqasının rəsmi top təchizatçısı olacaq

Hazırkı müqaviləyə əsasən, “Adidas”ın Çempionlar Liqası üçün top təchizatı sazişi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir. Eyni zamanda, "Decathlon" ilə UEFA Avropa Liqası və UEFA Konfrans Liqası üçün bağlanmış müqavilə də həmin müddətədək davam edəcək.

Gözlənilir ki, yeni müqavilə çərçivəsində “Nike” eyni anda üç avrokubok turnirinin top təchizatçısına çevriləcək və razılaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Избранный
23
publika.az

1Источники