RU

Sibiqa və Kallas Yaxın Şərqi və Macarıstandakı seçkilərin nəticələrini müzakirə ediblər

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Macarıstanda keçirilmiş seçkilərin nəticələrini və onların Aİ-dəki siyasi balansa təsirini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Sibiqa telefon danışığının yekunları üzrə "X" hesabında məlumat verib.

"Biz Macarıstandakı seçkilərin nəticələri və onların Avropanın gücünə təsirləri barədə fikir mübadiləsi apardıq", - o qeyd edib. Nazir Ukraynaya davamlı dəstəyi təmin etmək və Avropanın Rusiya təhlükəsindən müdafiəsini gücləndirmək üçün 90 milyard avro məbləğində kreditin blokdan çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, tərəflər yaxın həftələrdə birgə səylərin uzlaşdırılmasını təmin etmək məqsədilə qarşıdan gələn görüşləri də koordinasiya ediblər.

"Biz Avropa gündəliyini, ümumi təhlükəsizliyimizi və dayanıqlığımızı gücləndirən əsas qərarların irəli sürülməsində birliyin və dinamikanın qorunmasının zəruriliyini müzakirə etdik", - Sibiqa vurğulayıb.

Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyətə də toxunublar.

"Biz regionda sabitliyin təmin edilməsi üçün əlaqələndirilmiş beynəlxalq səylərin vacibliyi ilə bağlı razılığa gəldik. Biz həmçinin mülki əhalinin müdafiəsinin və gələcəkdə eskalasiyanın qarşısının alınmasının zəruriliyini vurğuladıq", - Sibiqa qeyd edib.

Избранный
18
far.az

1Источники