RU

Orban getdi: Kiyev dərhal hərəkətə keçdi Nazir Kallasdan söz aldı

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, tərəflər Kiyevə 90 milyard avro məbləğində kreditin ayrılmasını müzakirə ediblər.

“Biz həmçinin Macarıstandakı seçkilərin nəticələri və onların Avropanın gücləndirilməsinə təsiri barədə fikir mübadiləsi apardıq. Mən Ukraynaya davamlı dəstəyi təmin etmək və Avropanı Rusiya təhlükəsindən qorumaq üçün 90 milyard avroluq kreditin ayrılmasının vacibliyini vurğuladım”, – deyə Sibiqa deyib.

Qeyd edək ki, Macarıstanda hökumət dəyişikliyindən sonra Avropa Komissiyası yeni baş nazir Peter Magyardan sistemli islahatlar həyata keçirməyi və xarici siyasətinə yenidən baxmağı gözləyir.

Xüsusilə, buraya Ukraynaya verilən kreditin verilməsi və Rusiyaya qarşı yeni sanksiyalar paketi daxildir. Budapeştlə danışıqlar artıq başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники