RU

Deputat problemli kreditlərdən danışdı: "Maaşların müəyyən qədər artırılması..."

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə 17% artıb. 

Problemli kreditlərin həll edilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

Deputat Azər Badamov "Unikal"a açıqlamasında bildirib ki, problemli kreditlərin 562 milyon manata çatması və son 1 ildə 17 % artması ciddi siqnaldır. 

Onun sözlərinə görə, belə bir problemin artmasının qarşısının alınması üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var: "Məsələn, kreditlərin müddətlərinin uzadılması, faizlərin azaldılması, sosial həssas qruplar üçün dövlət dəstəyinin göstərilməsi, kreditlərin daha məsuliyyətlə verilməsi, maaşların müəyyən qədər artırılması, əhalinin maliyyə savadlılığının artırılması və s. qeyd etmək olar. Həm də hər bir vətəndaş krediti alanda onu qaytarmalı olduğunu düşünməlidir. Hazırkı neft qiymətlərinin artması və infilyasiya risklərinin yüksəlməsi  hökumət üçün həm imkan, həm də çağırışdır. Təbii ki, siyasət balansı düzgün qurulmaqla əhalinin sosial rifahını daha da artırmaq və iqtisadi sabitliyi qorumaq mümkündür. Hökumətin apardığı sosial-iqtisadi siyasət balanslıdır və yuxarıda qeyd etdiyim məsələlərin həll olunmasına imkan verir".

Anar Kəlbiyev
 

Избранный
34
50
unikal.az

10Источники