Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"İnternet kəsintisindən gündəlik birbaşa ziyan 30-40 milyon dollar, dolayı ziyan isə təxminən 70-80 milyon dollardır".
Bunu İran Ticarət Palatasının İnformasiya Əsaslı İqtisadiyyat Komissiyasının rəhbəri Afşin Kolahi bildirib.
Başqa bir adı açıqlanmayan İran rəsmisi isə sözügedən zərərin gündə 2 elektrik stansiyasının dəyərinə bərabər olduğunu deyib.
Qüyd edək ki, İranda internet bağlantısı ilk dəfə 28 dekabr 2025-ci ildə, iqtisadi problemlər səbəbindən yaranan və rejim əleyhinə nümayişlərə çevrilən küçə etirazlarından sonra bir aydan çox müddətə kəsilmişdi. Hazırda isə İran 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri 46 gündür ki, beynəlxalq internet bağlantısından məhrumdur.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.