RU

Bakının mərkəzində yol çökdü – FOTO

Ötən gün paytaxtın Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb. Ərazi hasara alınıb, xəbərdaredici lövhə asılıb.

Bəs yolun çökməsinə səbəb nədir?

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində kanalizasiya kollektorunda qeydə alınan qəza aradan qaldırılıb:

“Xətt təmir edilərək bərpa olunub”.




Surxay Atakişiyev, Bizim.Media

Избранный
19
11
bizim.media

10Источники