RU

ABŞ konqresmeni seksual qalmaqal səbəbindən qubernator seçkilərindən çəkilib

ABŞ Konqresinin üzvü Erik Svalvell Kaliforniya qubernatoru vəzifəsi uğrunda seçki kampaniyasını seksual qısnama ittihamlarından sonra dayandırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

"Qubernator postu uğrunda seçki kampaniyamı dayandırıram", deyə konqresmen bildirib.

Svalvell ona qarşı irəli sürülən ittihamları yalan adlandırıb və onlarla mübarizə aparmaq niyyətində olduğunu vurğulayıb.

"Lakin bu, mənim şəxsi mübarizəmdir, kampaniyanın deyil", deyə o əlavə edib.

O, həmçinin ailəsindən, əməkdaşlarından və tərəfdarlarından keçmişdə verdiyi yanlış qərarlara görə üzr istəyib.

Konqresmen barədə kompromat ötən həftə San Francisco Chronicle qəzetində dərc olunub. Məqalədə onun keçmiş əməkdaşı 2024-cü ildə Nyu-Yorkdakı hotel otağında ona qarşı seksual zorakılıq törədildiyini iddia edib. Qadın bildirib ki, o, razılıq vermək üçün həddindən artıq sərxoş vəziyyətdə olub və Svalvell onun etirazlarını nəzərə almayıb.

Daha sonra daha üç qadın da konqresmenə qarşı ittihamlar irəli sürüb. CNN-in məlumatına görə, onlar Svalvelli qısnamaqda, o cümlədən razılıq olmadan açıq məzmunlu mesajlar və şəkillər göndərməkdə günahlandırıblar. Mediada yayılan məlumatlar hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və araşdırmalara başlanılıb. Konqresmen ailəlidir və üç övladı var.

Poliqon.info

Избранный
47
2
poliqon.info

3Источники