RU

Apreldə Türkiyəyə yağan qarın hündürlüyü hamını təəccübləndirdi

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aprel ayında Türkiyənin Ağrı dağı bölgəsinə yağan şiddətli qarın hündürlüyü hamını təəccübləndirib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Diyadin bölgəsinin Dedebulak kəndinə yağan qarın hündürlüyü adam boyunu ötüb.

Bu ərazidə yaşayış demək olar ki, dayanıb. Kənddəki bir çox ev qar altında qalıb. Sakinlər evlərinə çatmaq üçün dar cığırlar açmağa məcbur olublar. Heyvandarlıqla məşğul olan kəndlilər isə çətin hava şəraitinə baxmayaraq, heyvanlarını qidalandırmağa davam edirlər.

Kənd yolunun qar səbəbindən bağlandığını deyən sakinlər qeyd edib ki, baharı gözlədikləri bir vaxtda yenidən qış şəraiti ilə üzləşiblər. Kənd tamamilə qar altında qaldığından artıq görünməz hala düşüb və yağan qarın hündürlüyü öz boyu ilə eynidir.

Ümumilikdə, bölgədə dünən də yağmağa davam edən qar xüsusilə yüksək dağlıq ərazilərdə həyatı ciddi şəkildə çətinləşdirib.

Güclü yağıntı səbəbindən 37 məhəllə və 56 məzrə yolu nəqliyyat üçün bağlanıb.

Aidiyyəti qurumların qarla mübarizə briqadaları yolların açılması istiqamətində intensiv iş aparır. Hazırda bağlanan 93 yaşayış məntəqəsindən 39-da nəqliyyatın hərəkəti bərpa edilsə də, qalan 54 məhəllə və məzrə yolunun açılması istiqamətində işlər davam edir.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
baku.ws

2Источники