RU

“Hörümçək adam: Yeni gün” filminin əlavə çəkilişləri başladı

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Tom Hollandın baş rolda oynadığı “Hörümçək adam: Yeni gün” filminin çəkilişləri başa çatsa da, layihə üçün əlavə səhnələr lentə alınır.

Kulis.az xəbər verir ki, aktyor Tom Holland hazırda Londonda yeni səhnələrin çəkilişində iştirak edir.

Filmdə Hollandla yanaşı Zendaya, Seydi Sink, Ceykob Batalon, Con Bernthal, Mark Ruffalo, Trammell Tillman və Maykl Mando kimi aktyorlar rol alır.

Bildirilib ki, filmin bir neçə həftə əvvəl yayımlanan treyleri 1 milyard baxışı keçərək rekord qırıb.

Hadisələri “Hörümçək adam: Evə dönüş yoxdur” filmindən dörd il sonrakı dövrdə baş verən ekran işi Piter Parkerin həyatında yeni mərhələni əks etdirəcək.

Tom Holland son açıqlamasında əlavə çəkilişlərin səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, filmə daha çox yumor qatmaq və mənfi obrazın hekayəsini gücləndirmək üçün bəzi səhnələr yenidən işlənir.

“Sadəcə bəzi hissələrə son toxunuşlar edirik. Daha çox yumor əlavə etməyə çalışırıq və mənfi rolu daha maraqlı şəkildə təqdim edirik”, – deyə aktyor bildirib.

Qeyd edək ki, filmin rejissoru Destin Deniel Kretton, ssenari müəllifləri isə Kris MakKenna və Erik Sommersdir. Təxminən 150 milyon dollar büdcəsi olan film 31 iyul 2026-cı ildə kinoteatrlarda nümayiş olunacaq.

Rasim Balayevin yerinə təyinat nə vaxt reallaşacaq? - AKİ-dən cavab

Göyərtisatan qadın - Zöhrə Fərəcovanın hekayəsi

Xilaskar, yoxsa xəyanətkar? - Nəriman Nərimanovun faciəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
kulis.az

2Источники