RU

Apreldə 1 metr qar yağması normaldır? Ekoloq səbəbləri açıqladı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ötən gecə Azərbaycanın bir sıra rayonlarına qar yağıb. Dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib. Məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 90, Zaqatalada (Əlibəy) 27, Qrızda 10, Daşkəsən və Xınalıqda 8, Gədəbəydə 5, Qax (Sarıbaş) və Qusarda (Laza) 4, Kəlbəcərdə 3, Laçında 2, Şuşa və Xankəndidə 1 sm-dir.Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, bu, hər nə qədər qeyri-adi görünsə də, aprel ayında belə hallara rast gəlinir:“Soyuq hava kütlələri daxil olduqda və yağıntı ilə müşayiət olunduqda, temperaturun aşağı düşməsi nəticəsində bahar aylarında belə qar və ya sulu qar müşahidə edilə bilər. Bunu qətiyyən iqlim dəyişikliyi ilə əlaqələndirmirəm. Bu, təbiətdə zaman-zaman baş verən hadisələrdəndir. Məsələn, Sahara səhrasına belə qar yağdığı hallar olub. Azərbaycanda may ayında qar yağması ilə bağlı arxiv faktlar mövcuddur. Bu baxımdan, vəziyyəti faciəvi qiymətləndirməyə ehtiyac yoxdur. Əsas məsələ odur ki, bu cür yağıntılar meyvə-tərəvəzə ciddi zərər verməsin”. O qeyd edib ki, dağlıq ərazilərdə isə adətən belə zərər müşahidə olunmur:Həmçinin oxu:

Uzunömürlü qafqazlıların tək ortaq nöqtəsi var: Hər gün bu çərəzdən yeyiblər

Ən ağıllı kişilər bu bürcdə doğulurlar

'Çayçı Hüseyn'in dostu Şükrü indi görün nə işlə məşğul olur“Hazırda bəzi yerlərdə badam, alça və ərik ağacları çiçəkləməyə başlayıb. Bunun xaricində nə ekosistemə, nə də ümumi təbiətə ciddi təsir yoxdur. Əksinə, qarın yağması su ehtiyatlarının artmasına səbəb olur. Əlbəttə, bu yağıntıların qış aylarında düşməsi daha məqsədəuyğun olardı. Amma belə hallarda yazın gəlişində müəyyən gecikmələr mümkündür. Ümumilikdə isə bunlar təbii proseslərdir və anomal hadisə kimi qiymətləndirilməməlidir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
demokrat.az

1Источники