RU

“Qum saatı işə düşdü” - SON DƏQİQƏ

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində yazıb ki, İranın İslamabaddakı danışıqlarda irəli sürdüyü sülh təşəbbüslərinə baxmayaraq, ABŞ tərəfi Tehranın etimadını qazana bilmədi.

"Danışıqlar başlamazdan əvvəl lazımi iradə və istəklərimizin olduğunu vurğuladım, amma əvvəlki iki müharibənin təcrübəsi səbəbindən qarşı tərəfə etibar etmirik. İran nümayəndə heyətindəki həmkarlarım perspektivli təşəbbüslər təklif etdilər, amma nəticədə ABŞ tərəfi danışıqların bu mərhələsində etibarımızı qazana bilmədi", - o qeyd edib.

Qalibaf Pakistanın danışıqları asanlaşdırmaq səylərini də yüksək qiymətləndirib.

"İran 90 milyon insanın yaşadığı ölkədir. Ali liderin məsləhəti ilə bizi dəstəkləyən İranın bütün qəhrəman millətinə minnətdaram. Bu gərgin 21 saatlıq danışıqlarda həmkarlarıma uğurlar arzulayıram", - o qeyd edib.

kenan.jpg

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, hər iki tərəfdən verilən açıqlamalar təxminən eyni məzmunludur:

"Görünən odur ki, görüş uğursuz keçib. Əsas mübahisəli məsələlərin Hörmüz boğazı və nüvə dosyesi ilə bağlı olduğu təxmin edilir. Əlbəttə, bütün məsələlərin bir görüşlə həllini tapacağını gözləmək də doğru olmazdı. Bu baxımdan düşünmürəm ki, diplomatik pəncərə tamamilə qapanıb. Fikrimcə, Pakistan vasitəçilik səylərini davam etdirməlidir. Baxmayaraq ki, atəşkəsin vaxtından əvvəl də pozulma ehtimalı var, amma həm Pakistan, həm də digər mümkün vasitəçilər çalışmalıdırlar ki, nə qədər ki, atəşkəs davam edir, davamlı sülhə nail olunsun. Bu baxımdan rəsmi İslamabad neytral tərəf kimi ikinci görüşün keçirilməsinə nail olmalıdır. Bəzi güclər, o cümlədən İsrail danışıqların qarşısını almaq üçün əlindən gələni edəcək. Bu, həm ictimaiyyətə açıq formada, həm də "pərdəarxasında" edəcək. Beləliklə, "qum saatı işə düşüb", gerisayım başlayıb".

Cavanşir ABBASLI
Musavat.com

Избранный
28
musavat.com

1Источники