RU

"AccessBank" I rüb üzrə maliyyə hesabatını açıqlayıb

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan "AccessBank" QSC 2026-cı ilin I rübw üzrə maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61

Bank rübün nəticələrinə görə 13 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2025-ci ilin I rübündə 10 milyon manat təşkil edib.

2026-cı ilin I rübündə Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5,9 % və yaxud 13,8 milyon artaraq 248,2 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 5 dəfə çoxdur. Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Kredit portfeli 13,1 % və yaxud 155,1 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 milyard 341,3 milyon manat təşkil edib.

Kredit portfelinin 76 %-ni biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin dəyəri 1 milyard 19,5 milyon manatdır.

Depozit portfeli 3,4 % və yaxud 36,4 milyon manat artıb və hesabat dövrünün sonuna 1 milyard 96,5 milyon manat təşkil edib.

Eyni zamanda, "AccessBank" I rübdə beynəlxalq nüfuzlu xarici kreditorlardan 46,8 milyon manat kredit cəlb edib. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır.

Bankın aktivləri 1,8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 % çoxdur.

Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 69,5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4,8 milyon artaraq 41 milyon manat olub.

Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4,4 milyon manat olub.

Nəticədə, xalis əməliyyat mənfəəti 2026-cı ilin I rübündə 19,9 milyon manata çatıb.

Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 88,2 % təşkil edir ki, bu da Azərbaycan Mərkəzi Bankının tələb etdiyi minimum normadan 2,9 dəfə yüksəkdir.

"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank" Azərbaycan Mərkəzi Bankının vrediyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.

Избранный
10
9
far.az

10Источники