RU

ABŞ İran arasında növbəti danışıqlar bu şəhərdə keçirilməsi planlaşdırılır

ABŞ-la İran arasında müharibəyə son qoymaq və sülhün əldə edilməsi üçün daha bir danışıqlar raundunun keçirilməsi imkanlarını müzakirə edilir.

Hakimiyyet.az  AP-yə istinadən xəbər verir ki, tərəflər iki həftəlik atəşkəs müddəti bitməmişdən əvvəl yeni danışıqlar aparmaq istəyirlər. İslamabaddan əlavə, Amerika rəsmiləri də Cenevrəni məkan kimi nəzərdən keçirirlər. 

“Bloomberg”in  mənbələrinin verdiyi məlumata görə, Türkiyə və Misir rəsmiləri də müharibəyə son qoymaq üçün diplomatiyada rol oynayıblar və bu da iki ölkədən birində görüşün keçirilməsi ehtimalını artırıb.

Danışıqların yeni mərhələsi ilə bağlı müzakirələr hələ də davam edir və vasitəçi ölkələrdən birinin diplomatı əlavə edib ki, Tehran və Vaşinqton buna razılıq veriblər. Yer və vaxt hələ müəyyən edilməsə də, danışıqlar cümə axşamı günü baş tuta bilər.

Lakin eyni səviyyəli nümayəndə heyətinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Prezident Donald Tramp ötən gün İranın ABŞ-la əlaqə saxladığını elan edərək, danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Tramp jurnalistlərə bildirib ki, "qarşı tərəf bizə zəng edib" və "razılaşma əldə etmək istəyirlər".

Eyni zamanda, Ağ Ev Tehran rejiminə təzyiqi artırmaq üçün Hörmüz boğazının dəniz blokadasını davam etdirir.

İranlılar həmçinin növbəti danışıqların mümkünlüyünü açıq saxlayıblar və Xarici İşlər Nazirliyi fikir ayrılıqlarının bir raundda həll olunmayacağını bildirib.

 Mürtəza

Избранный
15
50
hakimiyyet.az

10Источники