Avtosfer saytına istinadən ain.az xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 14-də saat 09:15 radələrində Əliağa Vahid və Qaçaq Nəbi küçələrinin kəsişməsində qeydə alınıb. Videodan aydın olur ki, 77-UG-508 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü işıqforun qadağanedici – qırmızı siqnalında dayanmaqdan yayınmaq məqsədilə əks istiqamətli hərəkət zolağına çıxıb. Bu zaman o, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Daha sonra qayda pozan sürücü yenidən öz hərəkət zolağına qayıdaraq yolu bərpa edib.
Qeyd edək ki, bəzi sürücülər yol sıxlığı zamanı səbrsiz davranaraq əks istiqamətə çıxmaqla vəziyyəti daha da gərginləşdirir və nəqliyyat axınının normal hərəkətini çətinləşdirirlər.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.