RU

Milan Füllkruqla bağlı yekun qərarını verdi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Müqavilə ilə "Vest Hem"ə məxsus olan, bu ilin yanvarından icarə əsasında "Milan"ın formasını geyinən hücumçu Niklas Füllkruqun aqibətinin necə olacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, İtaliya nəhəngi 5 milyon avro ödəyərək almaniyalı oyunçunu heyətinə qatmaq hüququndan istifadə etməyəcək. Mənbə Füllkruqun "çəkicdöyənlər"ə lazım olmadığını vurğulayıb. İngiltərə klubunun onu ya satacağı, ya da başqa kluba icarəyə verəcəyi bildirilib.

Niklasın "Vest Hem" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Yanvardan bəri "Milan" forması ilə 16 matça çıxan ön xətt oyunçusu 1 qolla yadda qalıb.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
fanat.az

2Источники