RU

"Bloomberg": ABŞ-ın iki nəfəng aviaşirkəti birləşə bilər

"Bloomberg": ABŞ-ın iki nəfəng aviaşirkəti birləşə bilər

ABŞ-ın ən böyük dörd aviaşirkətindən biri olan "United Airlines" rəqiblərindən biri olan "American Airlines" ilə birləşmək imkanlarını nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, "United Airlines"ın icraçı direktoru Skott Kirbi birləşmə ideyasını ABŞ administrasiyasının nümayəndələrinə təqdim edib, lakin hələlik rəsmi müzakirələrin başladığı bəlli deyil. Hər iki şirkət ABŞ aviasiya bazarının təxminən üçdə birinə nəzarət edir. Bu sövdələşmə baş tutarsa, dünyanın ən böyük aviaşirkəti yaradılacaq ki, bu da ciddi antiinhisar narahatlıqlarına, istehlakçıların və rəqiblərin mənfi reaksiyasına səbəb ola bilər.

Agentlik vurğulayır ki, ABŞ və İran arasındakı hərbi münaqişə və bunun nəticəsində yaranan yanacaq böhranı bu cür birləşmə müzakirələrini sürətləndirib. Skott Kirbi əməkdaşlarına ünvanladığı qeyddə bildirib ki, neft və yanacaq qiymətlərinin artması ilə bağlı sənayedə baş verən sarsıntılar yeni aktivlərin alınması üçün imkanlar aça bilər. Hazırda "United Airlines"ın bazar dəyəri 31 milyard dollar, "American Airlines"ınki isə təxminən 7,4 milyard dollar civarındadır.

Sövdələşmə ABŞ Nəqliyyat Departamenti və Ədliyyə Nazirliyi tərəfindən araşdırılmalıdır. Nəqliyyat naziri Şon Daffi bildirib ki, administrasiya bu məsələdə rəqabətə təsir və bilet qiymətləri kimi amilləri nəzərə alacaq.

Избранный
21
afn.az

1Источники