Bakı.Trend:
İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı BeqonyaQomesə qarşı iki illik cinayət araşdırmasından sonra ona qarşırəsmən korrupsiya ittihamı irəli sürülüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
İspaniyada dörd cinayət əməli üzrə (nüfuz alveri, biznessahəsində korrupsiya, vəsaitlərin mənimsənilməsi, vəsaitlərin israfedilməsi) ittiham olunur.
Qomes ittihamları rədd edir.
Məhkəmə sübutların kifayət etməməsi səbəbindən vəzifəsəlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittihama xitam verib.Hakim tərəflərə şifahi dinləmələrin başlanması ilə bağlıvəsatətlərin təqdim edilməsi və ya müdafiə qeydlərinin hazırlanmasıüçün beş gün müddət verib.
Qeyd edək ki, iş 2024-cü ildən korrupsiya hallarının ifşası iləməşğul olan “Manos Limpias” (“Təmiz Əllər”) təşkilatının şikayətiəsasında açılıb. Aprelin 13-də qəbul edilən qərardan sonra işandlılar məhkəməsinə yönləndirilib.
İstintaqın diqqət mərkəzində Qomesin Madridin universitetdəki(“Complutense University of Madrid” ) fəaliyyəti və bu təhsilmüəssisəsinin təşviq etdiyi layihələr və peşəkar əməkdaşlıqçərçivəsində biznes nümayəndələri ilə münasibətləri dayanır.