Bakı, 14 aprel, AZƏRTAC
2026-cı ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə 9 milyard 726,4 milyon manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövrünə nisbətən 1 faiz azdır.
Qeyd edək ki, sənaye sektorunda 2026-cı ilin yanvar-mart aylarında 14,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.