RU

Bu layihələr orada vəziyyətə çox ciddi təsir göstərəcək Nəqliyyat eksperti

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırıb. Təkcə bu ərazidə 300 000-dən çox insan yaşayır. Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4-Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq”. 

Nəqliyyat eksperti Elməddin Muradlı bunu 525.az-a deyib. O hesab edir ki, bu, Bakı-Sumqayıt yolunda illərdir yığılıb qalan problemin həlli üçün atılan addımdır:

“Bu gün Xırdalan çox böyük bir şəhərə çevrilib, amma təəssüf ki, Xırdalan sakinləri illərdir tıxacla mübarizə aparır və tıxacda gündə ən azı bir-iki saat vaxt keçirirlər. Nəticə etibarilə Masazır, Xırdalan, Sulutəpə bu böyük yaşayış komplekslərinə çevrildikcə, yolda intensivlik artır. Bu intensivliyi də hansısa formada tənzimləmək lazımdır. Mənə elə gəlir ki, bu layihələr orada vəziyyətə çox ciddi təsir göstərəcək”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
525.az

1Источники