RU

Azərbaycan beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

Bakı. Trend:

“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrəQlobal Forum” tərəfindən “Məxfilik və mübadilə olunan məlumatlarınkonfidensiallığının qorunması” səviyyəsinin qiymətləndirilməsi üzrəyekun hesabat təsdiq olunub. Yekun hesabatda AzərbaycanRespublikasının yüksək nəticə əldə etdiyi öz əksini tapıb.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətiəistinadən xəbər verir.

"Bu nəticə ölkəmizin beynəlxalq səviyyədə ən müasirkibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsalinfrastruktura malik olduğunu bir daha sübut edir", - məlumatdavurğulanıb.

Qeyd edək ki, Qlobal Forum üzv ölkələrdə məxfilik vəkonfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraqqiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılmasıməqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərininölkəmizə səfəri baş tutub. Qiymətləndirmə prosesi zamanıinformasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunmasıistiqamətində görülmüş tədbirlər, daxili prosedurların beynəlxalqstandartlara uyğunluğu, həmçinin “Təhlükəsizlik ƏməliyyatlarıMərkəzi”nin (SOC) fəaliyyəti ekspertlər tərəfindən ətraflı şəkildənəzərdən keçirilib. Məlumatların kiber müdaxilələrdən 24/7rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımındanSOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası 26 fevral 2013-cü il tarixində QlobalForuma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesindəiştirak öhdəliyini öz üzərinə götürüb.

"Aparılmış qiymətləndirmənin nəticələri ölkəmizdə vergiməqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı,təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sisteminformalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalqöhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadınmöhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təminedən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətintəmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq,qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi vəkonfidensiallığın qorunması istiqamətində beynəlxalq standartlarıntətbiqini ardıcıl şəkildə davam etdirəcək", - məlumatda qeydedilib.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники