Görkəmli baletmeyster, xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunub.
Publika.az xəbər verir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xasimlər və baletmeysterin sənət dostları iştirak edib.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndərib.