RU

İrandan Qərbə “nüvə” mesajı: Pezeşkiandan Makrona sürpriz zəng

İran Prezidenti Məsud Pezeşkian Avropanı ABŞ-ın nüvə sazişinə qayıtması üçün daha aktiv rol oynamağa və Vaşinqtona təzyiq göstərməyə çağırıb. Fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Pezeşkian diplomatiyanın mübahisələrin həlli üçün ən yaxşı yol olduğunu vurğulayıb. O bildirib ki, İran beynəlxalq qaydalar çərçivəsində danışıqları davam etdirməyə hazırdır və Avropa tərəfi Vaşinqtonu bu kursa sövq etmək imkanına malikdir.

NOCOMMENT.az xəbər verir ki, İran lideri ekspertlər səviyyəsində qarşılıqlı anlaşmanın əldə olunmasına baxmayaraq, ABŞ-ın yüksək rütbəli rəsmilərinin siyasi iradə nümayiş etdirməməsinin və “həddindən artıq tələblərinin” yekun sazişin bağlanmasına mane olduğunu qeyd edib. Danışıqlar zamanı regional təhlükəsizlik məsələlərinə də toxunan Pezeşkian, Tehranın Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çalışdığını bildirib. O, eyni zamanda xəbərdarlıq edib ki, bu mühüm su yoluna qarşı hər hansı təhdid dünya ticarəti üçün ciddi və ağır nəticələrə səbəb ola bilər.

Sara,
NOCOMMENT.az

Избранный
8
nocomment.az

1Источники