ABŞ-ın vitse-prezidenti Cey Di Vens ardıcıl iki uğursuzluqla Vaşinqtona qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilib ki, o, ABŞ prezidenti Donald Trampın xarici siyasət ideyalarını həyata keçirə bilməyib.
İlk növbədə nəşr Vensin İran rəsmiləri ilə uğursuz danışıqlarını qeyd edib. Amerikalı siyasətçi açıqlayıb ki, tərəflər uzunmüddətli münaqişə həlli ilə bağlı razılığa gələ bilməyiblər.
Daha sonra Vens Macarıstana səfəri zamanı növbəti uğursuzluqla üzləşib. Vitse-prezident ölkənin baş naziri Viktor Orbanın dəstəyini qazanmağa ümid edirdi. Lakin onun partiyası parlament seçkilərində məğlub olub.