Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.
Adalet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Bildirilib ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.
Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.