Faiz və qeyri-faiz xərclərinin artımına baxmayaraq mənfəətlikdə artım baş vermiş və sektorun mənfəətliyi yüksək olaraq qalıb.
Bu fikirləri Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi Bankın 2025-ci ilin maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.
A.Həsənov qeyd edib ki, 2025-ci ildə bank sisteminin xalis mənfəəti ötən il ilə müqayisədə 11% (118 mln. manat) artaraq 1,162 mln. manat təşkil edib. Sektorun mənfəətliliyinin və aktivlərin artımı fonunda ROA göstəricisi sabit qalaraq 2.1% olub. Mərkəzi Bankın rəsmisi vurğulayıb ki, Yalnız bir bankın zərərlə fəaliyyəti fonunda, digər bütün banklar 2025-ci ili mənfəətlə başa vurmuşdur.
2025-ci il ərzində mənfəətlə işləyən 21 bankın mənfəəti 1,162 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 0.4 mln. manat olmuşdur. İl sonuna sektorun ROA göstəricisi 2.1% təşkil etmişdir. 2025-ci ildə sektor üzrə faiz və qeyri-faiz xərclərinin orta aktivlərə nisbəti artmışdır. Bununla belə, faiz gəlirlərinin orta aktivlərə nisbətindəki artım xərclərdəki yüksəlişi kompensasiya etmiş və nəticədə ROA göstəricisi ötən ilin eyni dövrünə nisbətən sabit qalmışdır.