RU

Həbsdən qaçan keçmiş kəşfiyyatçı yaxalandı

Braziliyanın keçmiş kəşfiyyat rəhbəri Aleksandre Ramajem ABŞ-də saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, braziliyalı senator Xorxe Seif verdiyi açıqlamada Ramajemin ABŞ-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qrupları tərəfindən saxlanıldığını bildirib.

Ramajemin Braziliyada "siyasi təzyiqə məruz qaldığını" deyən senator Seif  ABŞ-yə siyasi sığınacaq üçün müraciət edən Ramajemin müraciətinin araşdırıldığını və yekun qərar verilənə qədər ölkədə qanuni şəkildə qalmasına icazə verildiyini xatırladıb.

Keçmişdə Braziliya kəşfiyyat xidməti ABIN-in rəhbəri vəzifəsini icra edən Ramajem, 2018-ci ildə keçmiş dövlət başçısı Jair Bolsonaronun seçki kampaniyasının təhlükəsizliyini öhdəsinə götürmüşdü.

Ramajem Bolsonaronun ailəsinə yaxınlığı səbəbindən tez-tez tənqidlərin hədəfi olmuşdu.

Bolsonaronun tərəfdarlarının 2023-cü ildəki dövlət çevrilişinə cəhdindəki rolu səbəbindən 16 il həbs cəzasına məhkum edilən Ramajem cəzasını çəkmədən ölkədən qaşmışdı.

Избранный
34
1
cebheinfo.az

2Источники