RU

Fransada tələbələrin üçdə ikisi gündəlik ehtiyaclarını ödəməkdə ciddi problemlərlə qarşılaşırlar

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 14 aprel, AZƏRTAC

Fransada aparılan yeni tədqiqat göstərir ki, tələbələrin əksəriyyəti maliyyə çətinlikləri ilə üzləşir və gündəlik ehtiyaclarını ödəməkdə ciddi problemlərlə qarşılaşırlar.

AZƏRTAC xəbər verir ki, “Linkee” assosiasiyası və “Ipsos BVA” sorğu mərkəzi tərəfindən aparılan araşdırmaya görə, tələbələrin 69 faizi əsas xərclər çıxıldıqdan sonra ayda 100 avrodan az vəsaitlə yaşayırlar.

Araşdırma göstərir ki, tələbələrin 60 faizi aylıq 400 avrodan çox kirayə ödəyir, eyni zamanda 47 faizinin əsas xərclər çıxılmadan əvvəlki aylıq gəliri 400 avrodan azdır. Bu, tələbələri ciddi maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyur və gündəlik xərclər üzrə seçimə məcbur edir.

Tədqiqatın nəticələrinə görə, ehtiyaclı vəziyyətdə yaşayan tələbələrin 90 faizi qida məhsullarının keyfiyyətini, 76 faizi isə miqdarını azaldır. Qida yardımı almasına baxmayaraq, tələbələrin 65 faizi həftədə ən azı bir yeməyi azaltmaq məcburiyyətində qalır. Əsasən ət və balıq məhsullarından (81 faiz), təzə meyvə və tərəvəzdən (50 faiz) imtina olunur, eyni zamanda, əsas qida məhsullarının bəzilərinə də (məsələn, kartof, düyü – 18 faiz) qənaət edilir.

Bundan əlavə, hər iki tələbədən biri son 12 ay ərzində maliyyə səbəbindən tibbi xidmətlərdən imtina edib. Ən çox imtina edilən xidmətlər stomatoloji müalicələr (45 faiz), həkim konsultasiyaları (43 faiz) və psixiatriya/psixoloji xidmətlər (39 faiz) olub.

“Linkee” assosiasiyası araşdırmanın nəticələrini şərh edərək, “ekstremal və toplanmış sosial həssaslıqlar”ın artdığını və bunun tələbələrin həyat şəraitinə ciddi şəkildə təsir etdiyini vurğulayıb. Tədqiqat tələbələrin gündəlik xərclərdə məhdudiyyətlər, sağlamlıq xidmətlərindən imtina və qida seçimlərinin məhdudlaşması ilə qarşılaşdıqlarını göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
azertag.az

2Источники