RU

Mbappe: Real da oynamaq mənim üçün Tanrının bir hədiyyəsidir

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mbappe: "Real"da oynamaq mənim üçün Tanrının bir hədiyyəsidir"

"Real"ın hücumçusu Kilian Mbappe klub haqda fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, 27 yaşlı hücumçu "kral klubu"na heyranlığını ifadə edib:

"Real"da oynamaq mənim üçün Tanrının bir hədiyyəsidir. Bu, bütün hisslərimi yaşamağım üçün bir şansdır. Ən yaxşı matçlarda iştirak etmək, dünyanın ən böyük klubunda olmaq. Hər səhər meydana çıxıb məni xoşbəxt edən işi görə bildiyim üçün sonsuz minnətdaram. 

Dünya futbolunun liderlərindən biri hesab edilən bir ölkədə, dünyanın ən yaxşı stadionlarından birinə addım atdığınızı hiss etmək, "Santyaqo Bernabeu"da olmaq xüsusilə həyəcanvericidir".

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
2
qol.az

3Источники