RU

Kreml sükutu pozdu: ABŞ la neft gərginliyi, Macarıstanda yeni dövr və Ukrayna mesajları

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi müsahibədə beynəlxalq gündəmin ən aktual mövzularına toxunub.Ölkə.Az TASS agentliyinə istinadən xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi iqtisadi əməkdaşlıqdan tutmuş Macarıstandakı seçki nəticələrinə qədər bir çox məsələni şərh edib.

Neft lisenziyaları və ABŞ-la münasibətlər Peskov bildirib ki, üçüncü ölkələrin Rusiya neftini almasına icazə verən ABŞ lisenziyasının müddəti aprelin 10-da başa çatsa da, Vaşinqtondan müddətin uzadılması ilə bağlı hələlik heç bir rəsmi bildiriş daxil olmayıb. O, həmçinin ABŞ-ın iqtisadi əməkdaşlığın bərpasını Ukrayna böhranının həlli ilə şərtləndirməsini tənqid edib: "Biz hesab edirik ki, Ukrayna məsələsinin həllini gözləmək mütləq deyil. Qarşılıqlı faydalı layihələrlə məşğul olmaq hər iki ölkənin maraqlarına cavab verir."

Ukraynada atəşkəs pozuntuları Ukraynadakı hərbi vəziyyətə toxunan Peskov, Pasxa atəşkəsi dövründə Ukrayna Silahlı Qüvvələri tərəfindən 6,5 mindən çox pozuntunun qeydə alındığını vurğulayıb və "Rəqəmlər hər şeyi deyir" ifadəsini işlədib.

Macarıstanda yeni hökumət və Peter Magyar faktoru Macarıstanda keçirilən seçkilərdə müxalif "Tisa" partiyasının qələbəsi və Peter Magyarın hakimiyyətə gəlişi barədə danışan Peskov, Moskvanın Budapeştin konkret addımlarına baxacaqlarını qeyd edib. Magyarın "Putinlə danışmağa hazıram, amma Rusiya ilə Macarıstan heç vaxt dost olmayacaq" fikrinə isə belə reaksiya verib: "Siyasətdə hələ rəhbər kürsüsündə oturmayanda verilən bəyanatlarla, o kürsüyə əyləşdikdən sonrakı yanaşmalar fərqli olur. Kürsüyə oturduqda daha praqmatik anlayışlar önə çıxır."

Nüvə silahlarının yayılmaması konfransı Sonda Peskov, Rusiyanın Nyu-Yorkda keçiriləcək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə konfransda iştirak formatı ilə bağlı sualı Rusiya Xarici İşlər Nazirliyinə yönləndirərək, hələlik detalların dəqiqləşmədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
olke.az

2Источники