İtaliya İsraillə müdafiə sahəsində imzaladığı razılaşmanı dayandırır.

Leqal.info “The Times of Israel” ə istinadən xəbər verir ki, bu barədə İtaliya Baş naziri Ciorcia Meloni bildirib.

“Mövcud vəziyyəti nəzərə aldıqda, hökumət İsraillə hərbi razılaşmanın avtomatik yenilənməsinin dayandırılması ilə bağlı qərar verdi”, - Meloni vurğulayıb.

“Ynet”ə danışan İsrail mənbələri isə sözügedən razılaşmanın təhlükəsizlik sazişi olmadığını, sadəcə anlaşma memorandumu olduğunu və o qədər də əhəmiyyət daşımadığını qeyd ediblər.

Leqal.info