RU

TƏCİLİ: Pezeşkian Trampa ŞƏRT QOYDU KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Avropa İrana dair böhranın həllində konstruktiv rol oynayacaq və ABŞ-ı beynəlxalq normalar çərçivəsində danışıqlara təşviq edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə o, Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı qeyd edib.

Pezeşkianın sözlərinə görə, İran öz xalqının hüquqlarını qorumaq məqsədilə yalnız beynəlxalq qaydalar əsasında dialoqu davam etdirməyə hazırdır. O, vurğulayıb ki, ekspertlər səviyyəsində müəyyən irəliləyiş əldə olunsa da, ABŞ administrasiyasının həddindən artıq tələbləri və siyasi iradənin olmaması yekun razılaşmanın əldə olunmasını çətinləşdirir.

İran prezidenti həmçinin qeyd edib ki, ABŞ tərəfindən göstərilən təzyiq və təhdidlər effektiv deyil və mövcud vəziyyəti daha da gərginləşdirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
1
konkret.az

2Источники