RU

Soyuqdəyməni bir anda yox edəcək üsul 

Soyuqdəymə xüsusilə payız və qış aylarında ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Bir çox insan bu vəziyyətdə tez və təbii yollarla rahatlama üsulları axtarır. Xalq təbabətində isə bunun üçün müxtəlif sadə, amma təsirli sayılan üsullar mövcuddur.

Bakıvaxtı.az xəbər verir ki, soyuqdəymə başlayanda istifadə olunan az bilinən, amma çox güclü üsullardan biri soğan siropudur. Bu qarışım xüsusilə öskürək, boğaz ağrısı və burun tutulması zamanı təsirli hesab olunur.

Hazırlanması üçün bir ədəd soğan nazik doğranır və üzərinə bir-iki çay qaşığı bal əlavə edilir. Qarışım bir neçə saat saxlanılır və soğanın öz suyu çıxır. Bu mayedən gündə 2–3 dəfə bir çay qaşığı qəbul edilir.

Soğanın tərkibində olan təbii maddələr mikroblara qarşı təsir göstərir, bal isə boğazı yumşaldır və qıcıqlanmanı azaldır. Bu səbəbdən qarışım soyuqdəymə zamanı orqanizmi rahatladan təbii dəstək kimi istifadə olunur.

Aynur Babazadə

Избранный
15
1
bakivaxti.az

2Источники