
Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə artan gərginlik fonunda xüsusi böhran komitəsi yaradır.
Bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, yeni struktur İran ətrafında yaranmış vəziyyətə operativ reaksiya vermək üçün formalaşdırılır.
Məlumata görə, Starmer çərşənbə axşamı komitənin ilk iclasına sədrlik edəcək. Bu qurum həm beynəlxalq, həm də daxili tədbirlərin koordinasiya mərkəzi kimi fəaliyyət göstərəcək, eyni zamanda mövcud şəraitdə siyasətin formalaşdırılmasına cavabdeh olacaq.
Qeyd olunur ki, komitə nazirlər səviyyəsində və işçi qruplarından ibarət olacaq. Onun strukturu COVID-19 pandemiyası dövründə və Brexit prosesinə hazırlıq zamanı tətbiq edilən mexanizmlər əsasında qurulub.
Yaxın həftələrdə komitənin əsas diqqəti orta müddətli ssenarilərin hazırlanmasına yönələcək. Bu çərçivədə Hormuz Strait boğazında gəmiçiliyin bərpası ilə bağlı tədbirlər də prioritet olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта